Məxfilik və Hesablaşma Razılaşması (RAZILAŞMA) – bu sənəddə onlayn psixoloji xidmət ilə bağlı aşağıda əks olunan bütün
Şərtlər;
SİFARİŞÇİ – WWW.THEBESTHELPERS.AZın verdiyi texniki imkanlar vasitəsi ilə və elektron ödəniş, edərək portalda qeyd olunmuş xidmətləri sifariş edən/alan, həmçinin bu “Məxfilik və Hesablaşma Razılaşması”nın şərtləri ilə razılaşan fiziki şəxs;
İCRAÇI – Portalda xidmətlərini müəyyən edilmiş səhifədə və tətbiqetmədə onlayn qaydada satan
hüquqi şəxs;
PORTAL – xidmətlərin onlayın göstərilməsi məkanı olan, THEBESTHELPERS.AZ-a məxsus
“www.thebesthelpers.az” internet səhifəsi və “thebesthelpers” tətbiq etməsidir.
XİDMƏT(LƏR) – PORTALDA yerləşdirilmiş müəyyən xidmətlər, tədbirlər və seminarlar nəzərdə tutlur.
Məxfilik və Kommersiya sirri
1. Məxfi məlumat və kommersiya sirri dedikdə bu Müqavilənin məqsədləri ücün nəzərdə tutulan elə məlumat başa düşülür ki, bir Tərəfdən digər Tərəfə danışıqlar zamanı və / və ya Müqavilə bağlanan və icra edilən zaman ötürülsün, həmçinin bu Müqavilə ilə müdafiə edilsin. Belə məlumat kağız və elektron formasında rəsmləşdirilən məktublarda, hesabatlarda, analitik məlumatlarda, tətqiqat nəticələrində, sxemlərdə, qrafiklərdə, spesifikasiyalar və digər sənədlərdə öz əksini tapır.
2. Bu Müqaviləyə əsasən məxfi saxlanılan məlumat özündə aşağıdakıları əks etdirir (lakin bununla məhdudlaşmır): Müqavilənin şərtləri, xüsusilə maliyyə, xidmətlərin göstərilməsi zamanı Tərəflərə məlum olmuş fərdi və digər məlumatlar, kommersiya sirri və bank sirri təşkil edən məlumatlar, Tərəflər və onların əlaqəli şəxsləri arasındakı maliyyə, hüquqi, təşkilati və digər qarşılıqlı münasibətlər haqqında məlumatlar və s. daxildir.
3. Bu Müqaviləyə əsasən müdafiə olunan və məxfi saxlanılan məlumatlara aşağdakılar şamil olunmur:
а) Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə müvafiq olaraq Tərəflərdən hər hansı biri və ya onlarla əlaqəli şəxsləri tərəfindən rəsmi şəkildə dərc olunmuş hesabatlarında və məlumatlarında öz əksini tapan məlumatlar;
b) Təsis sənədlərində əksini tapan məlumatlar;
c) Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə müvafiq olaraq məxfi məlumat hesab edilməyən digər məlumatlar.
4. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər, qarşı Tərəfin ilkin yazılı razılığını almadan, məxfi məlumatları üçüncü şəxslərə açıqlamamağı, onun məzmununu müzakirə etməməyi, surətlərini təqdim etməməyi, dərc etdirməməyi və ya hər hansı bir digər şəkildə açıqlamamağı öz öhdələrinə götürürlər.
5. Tərəflər məxfi məlumatların müdafiə olunması və onların icazəsiz yayılmasının qarşısının alınması üçün bütün qanuni vasitələri istifadə etməyə və bütün zəruri tədbirləri görməyə razılıq verirlər.
6. Tərəflərin öhdəlikləri:
- hazırkı bəndin şərtlərinə riayət olunmaqla məxfi məlumatları istifadə etmək;
- öhdəliklərin icra olunması üçün tələb olunan həcmdə xidməti zərurət nəticəsində öz əməkdaşların məxfi məlumatlara çıxışına yol verilməsi və onların hazırkı bölmənin şərtləri haqqında məlumatlandırılması.
7. Məxfi məlumatı almış Tərəf, digər Tərəfin ilkin yazılı razılığı olmadan, onu aşağdakı hallarda açıqlaya bilər, belə ki, bu zaman məxfi məlumat:
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada və hallarda inzibati, hüquq- mühafizə və ya məhkəmə orqanı vasitəsilə Tərəfdən qanuni əsaslarla tələb olunduqda;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
8. Bu Müqavilənin etibarlılıq müddəti ərzində və sonra, Müqavilənin şərtləri və icra olunması ilə bağlı Tərəflərə məlum olan məxfi və kommersiya sirrini təşkil edən məlumatların qarşı Tərəfin yazılı razılığı olmadan, qanunvericilikdə nəzərdə tutulmuş qaydadan kənar formada üçüncü şəxslər qarşısında bilavasitə və ya dolayı yolla açıqlanması Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Müqaviləyə uyğun olaraq məsuliyyətə səbəb olur.
Hesablaşma qaydası
- Əgər SİFARİŞCİ 4 dəfə ard-arda xidməti almaqdan əsassız surətdə imtina edirsə;
- Əgər SİFARİŞCİ tərəfindən qeyri-qanuni əməliyyatların həyata keçirilməsinə şübhə varsa, habelə qeyri-etik davranış nümayiş elətdirirsə.
Qeyd olunan hərəkətlər istehlakçılara münasibətdə ayrı-seçkilik kimi deyil, PORTAL və İCRAÇInın maddi itkisinin qarşısının alınması kimi başa düşülməlidir.
Mübahisələrin həlli qaydası