Uşaqlar üçün Psixoloji diaqnostika

Psixoloji diaqnostika - uşaq inkişafının müxtəlif mərhələlərində yarana biləcək bir çox çətinlik və problemin vaxtında qarşısının alınması üçün valideynlərin ilk addımıdır.

Psixodiaqnostikanın nəticələrinə əsasən, uşağınızın temperamentin hansı xüsusiyyətlərinə sahib olduğunu, onunla necə düzgün qarşılıqlı əlaqə yarada biləcəyinizi anlayacaqsınız.

Psixoloji diaqnostika aşağıdakı mərhələləri əhatə edir:

1. Koqnitiv inkişafın tam diaqnostikası:

• Yaddaş

• Diqqət

• Təffəkkür

2. Uşağın intellektual sferasının psixodiaqnostikası.

3. Uşağın məktəbə hazırlığının diaqnostikası (Məktəbə bir il qalmış diaqnostikanın keçirilməsi məsləhətdir. Beləliklə, diaqnostika çərçivəsində müəyyən edilmiş çətinliklər və problemlərin korreksiyası üçün kifayət qədər zaman əldə etmiş olursunuz)

4. Uşaqda aqressiya, şəxsi və məktəb həyəcanı, qorxu, utancaqlıq, tez-tez əhval dəyişikliyi, depresiya, ünsiyyət çətinliyi, özgüvənsizlik, həmçinin xarakter özəllikləri kimi problemləri özündə cəmləşdirən emosional və şəxsi sferanın diaqnostikası.

5. Ailədə formalaşan uşağın şəxsi münasibətləri sistemini təsvir etməyə, eyni zamanda valideynlərə ailə tərbiyəsi üsulu və onun müsbət, mənfi cəhətlərini anlamağa imkan verən ailə münasibətlərinin diaqnostikası.

Bir uşağın psixoloji diaqnostikası 40 dəqiqə davam edir.

 

6,7 mart “The Best Helpers” də Uşaqların Diaqnostikası Günüdür!

Yerlər məhduddur, vaxtında qeydiyyatdan keçin!

Ödəniş : 25 azn

Ünvan: Caspian Business Center, 9-cu mərtəbə. «The Best Helpers»